Bir ədəd yumurtada neçə kalori var?
Ölkə
13 May 2017 22:24

Bir ədəd yumurtada neçə kalori var?


Səhər yeməyinin əvəzolunmaz qidası olan yumurtanın kalorisini əksər hallarda hesablamırıq. Bunun səbəbi isə kalorisi ilə yanaşı, vitamin və zülal baxımından zəngin olmasıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, alimlər həddindən artıq yumurta istehlak edənlər və kaloriləri hesablayanların narahatlığını aradan qaldırmaq üçün 1 yumurtada neçə kalorinin olmasını araşdırıblar.
Yumurtanın ağında neçə kalori var?
Yumurtanın ağı çox aşağı yağ tərkibinə malikdir və zülalla zəngindir. Ağ hissəsindəki kalori miqdarı yumurtanın ölçüsünə görə dəyişir. Ancaq normal ölçülü bir yumurtanın ağında 15 kalori var.
Yumurtanın sarısında neçə kalori var?
Yumurtanın sarısı yağ və xolesterindən ibarətdir, həmçinin ağda olan bütün vitaminlər sarı hissəsində də olur. Sarı hissəsi təxminən 60 kalori həcmindədir.
Ümumilikdə 1 yumurta 75-80 kaloridən ibarətdir.
1 yumurtanın qida dəyəri aşağıdakı kimidir:
50 qr. 1 yumurtaya 0.56 qr. karbohidrat daxildir.
50 qr. 1 yumurtaya 6.3 qr. zülal daxildir.
50 qr. 1 yumurtaya 5.3 qr. yağ daxildir.
Dietoloqlar qida dəyəri yüksək olduğu üçün sağlamlıq baxımından gündə 1 yumurta yeyilməsinin çəki artımına səbəb olmayacağını bildirirlər. 1 ədəd yumurtanın kalorisi aşağı olsa da, çox istehlak edildikdə orqanizmə təsirini göstərir. Çəki artımından qorxanlar yumurtanın yalnız ağ hissəsini istehlak edə bilərlər.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08