YouTube-da yeni funksiya var
Texnologiya
14 Sentyabr 2017 8:24

YouTube-da yeni funksiya var


Bir sıra "Android" smartfon istehsalçıları son qabaqcıl modelləri "High Dynamic Range" (HDR) rejimini dəstəkləyən ekranlarla təchiz etməyə başlayıb. Problem isə funksiyanın "Netflix" və oxşar servislər kimi yalnız bir neçə proqram tərəfindən dəstəklənməsindən ibarətdir. Bundan başqa, "HDR" rejimini dəstəkləyən kontent indiyədək çox azdır və ya onun üçün ödəniş etmək tələb olunur. Lakin "YouTube" servisinin son yenilənməsi "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən bəzi smartfonlara "HDR" rejimini dəstəkləyən videodan istifadəyə imkan verir.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "High Dynamic Range" funksiyasını dəstəkləyən videonun üstünlüklərini "Samsung Galaxy S8", "Galaxy S8 Plus", "Galaxy Note 8", "LG V30", "Sony Xperia XZ Premium", "Google Pixel" və "Pixel XL" qurğularının sahibləri qiymətləndirə bilərlər. Hazırda "YouTube"da yeni funksiyanı yalnız qeyd edilən qurğular dəstəkləyir. Funksiyadan, həmçinin "Samsung Galaxy Tab S3" və "LG G6" qurğularında istifadə gözlənilir.  

Qeyd edək ki, "YouTube" servisində hazırda "HDR" rejimini dəstəkləyən videoya az rast gəlinir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47