Seks-robotlar insanların kütləvi qatilinə çevrilə bilər
Maraqlı
14 Sentyabr 2017 8:44

Seks-robotlar insanların kütləvi qatilinə çevrilə bilər


Gələcəkdə insanlar qətl törətməyə qadir olan seks-robotların qurbanları ola bilər - təbii ki, əgər hakerlər onları "sındırmağı" öyrənsələr.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə kibertəhlükəsizlik sahəsində mütəxəssis Nik Patterson bildirib.

Nəşr yazır ki, mütəxəssis əsas diqqəti son zamanlar sahiblərini əyləndirən müasir robotların populyarlığının artmasına yönəldib. Baxmayaraq ki, bir çox futuroloqlar süni intellekt səviyyəsinin artdığı üçün robotların "qiyamı"ndan narahat olsalar da, Patterson bu robotların hakerlər tərəfindən "sındırılmasını" əsas təhlükə hesab edir.

Mütəxəssisin fikrincə, seks-kuklanın sındırılması zamanı haker ona istənilən əmrləri verə bilər. Bura insana xəsarət yetirilməsi, hətta öldürülməsi də daxildir. Bunun üçün də mütəxəssis buna bənzər maşınların sahiblərini kütləvi şəkildə qətlə yetirməsini də istisna etməyib. Təbii ki, hələlik burada söhbət ancaq şəbəkəyə qoşulan robotlardan gedir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 dekabr

Astroloji proqnoz - 16 dekabr

16 Dekabr 2017 00:05