2024 və 2028-ci illərdə Olimpiya Oyunlalarının ev sahibləri açıqlanıb
İdman
14 Sentyabr 2017 8:54

2024 və 2028-ci illərdə Olimpiya Oyunlalarının ev sahibləri açıqlanıb


Beynəlxalq Olimpiya Komitəsi (BOK) Parisi və Los-Ancelesi 2024 və 2028-ci illərdə Yay Olimpiya Oyunlarının təşkilatçıları kimi bəyan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ev sahibləri BOK-un Limada keçirilən 131-ci sessiyasında təyin olunub.

Qərar yekdilliklə qəbul olunub. Oyunların paytaxtlarını BOK-un prezidenti Tomas Bax elan edib. Bu şəhərlər Paralimpiya Oyunlarınıda ev sahibliyi edəcəklər.

Qeyd edək ki, hər iki şəhər Olimpiya Oyunlarını artıq 3-cü dəfə keçirəcək. Fransanın paytaxtı Olimpiya Oyunlarına 1900 və 1924-cü illərdə, Los-Anceles isə 1932 və 1984-cü illərdə ev sahibliyi ediblər. Növbəti Yay Olimpiya Oyunları 2020-ci ildə Tokioda keçiriləcək.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Ən şanssız qan qrupları

Ən şanssız qan qrupları

19 Noyabr 2017 22:14
Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03