IMF Azərbaycanda struktur islahatlarına ekspert qismində əlavə dəstək verə bilər
İqtisadiyyat
14 Sentyabr 2017 9:31

IMF Azərbaycanda struktur islahatlarına ekspert qismində əlavə dəstək verə bilər


Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (IMF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Report” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, görüşdə ölkədə makroiqtisadi proseslər, maliyyə sektorundakı vəziyyət, tədiyə balansının stabilləşməsi kimi məsələlər müzakirə edilib. E.Rüstəmov Azərbaycanda makroiqtisadi sabitliyinin qorunub saxlanılması və iqtisadi inkişafın daha da sürətlənməsi üçün həyata keçirilən tədbirlərdə dəstəyinə görə IMF-yə təşəkkürünü bildirib.
Öz növbəsində C.Azur təmsil etdiyi qurumla əlaqələrin yüksək səviyyədə olduğunu və Azərbaycan iqtisadiyyatının region üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. O, ölkədə həyata keçirilən struktur islahatlarının zəruruliyi və mövcud çağırışların nə dərəcədə mürəkkəb olmasını nəzərə alaraq Fond tərəfindən ekspert qismində əlavə dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib. Bu istiqamətdə görülən işlərin önəmini qeyd edən C.Azur iqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinin və ölkə iqtisadiyyatının postneft dövrünə hazırlanmasının vacibliyini vurğulayıb. 
Görüşdə bildirilib ki, bundan sonra da IMF Azərbaycanda makroiqtisadi siyasətin uğurla həyata keçirilməsi istiqamətində səylərin gücləndirilməsinə dəstək verəcək, bu sahədə ikitərəfli əməkdaşlığı genişləndiriləcək, yeni alətlərin və mexanizmlərin istifadə olunması imkanlarına baxılacaq. Tərəflər Azərbaycanla, o cümlədən AMB ilə IMF arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08