Yeni imkanlar - Publicis Group və Google Azərbaycanda partnyor oldular
İqtisadiyyat
14 Sentyabr 2017 10:04

Yeni imkanlar - Publicis Group və Google Azərbaycanda partnyor oldular


Publicis Group (Publicis və Zenith Azerbaijan) sevinclə bildirir ki, Google Partnyoru statusuna layiq oldu və Google tərəfindən etibar şəhadətnaməsi olaraq Google Partnyoru nişanını aldı.

Google partnyorları öz müştərilərinə internetdə uğurla təmsil olunmaq üçün resurslar, təlim və dəstək təqdim edirlər.

Publicis Group Qafqazda bu statusa nail olan seçilmiş agentliklərdən/şəbəkələrdən biridir. Şirkətin Google tərəfindən sertifikatlaşdırılmış mütəxəssisləri keyfiyyətli müştəri xidməti təmin edirlər və müştərilərinə rəqabətə layiq üstünlüyü təklif edirlər.

Biz şəbəkəmizdə ümumi məqsədləri bölüşürük: müştərilərimizə və onların brendlərinə lider olmağa və lider qalmağa kömək etmək, dəyişiklik gətirmək. Publicis komandası bütün dünyada müştərilərə marketinq xidmətlərinin bütün spektrini təqdim edir - Reklam, Brend strategiyası və Brend inkişafı, Reklam və istehlak marketinqi, Loyallıq proqramlarının hazırlaması, CRM, Müştəri analitikası.

Publicis Group Qafqazda 2005-ci ildən fəaliyyət göstərir. Şirkət brendin strategiyasının hazırlanması, reklam, irəliləyiş və istehlak marketinqi üzrə ixtisaslaşdırılır. Bizim beynəlxalq kampaniyaların uyğunlaşması və lokallaşdırması üzrə böyük təcrübəmiz var. Biz müştərilərimizə əla xidmət, təcrübə və biznes-həlləri təqdim edirik.

Bizimlə əlaqə:
Azərbaycan, Bakı, Bəşir Səfəroğlu küç. 133, 17-ci mərtəbə
T +994 12 436 75 51
Erostyslav.rudzynsky@zenithmedia-cis.com
F #www.facebook.com/PublicisZenithAzerbaijan

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR