"Bloomberg": S.Ərəbistanı "Saudi Aramco"nun özəlləşdirilməsini ertələyə bilər
İqtisadiyyat
14 Sentyabr 2017 10:31

"Bloomberg": S.Ərəbistanı "Saudi Aramco"nun özəlləşdirilməsini ertələyə bilər


Bakı. 14 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı "Saudi Aramco" dövlət neft şirkətinin özəlləşdirilməsi prosesini neft bazarında vəziyyətin nisbətən düzələcəyi dövrə qədər ertələyə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi anonim mənbələrə istinadən məlumat verir. 
Agentlik bildirir ki, S.Ərəbistanı "Saudi Aramco"nun səhmlərinin 5%-nin ilkin emissiyasını (IPO) 2019-cu ilin I-II rübündə həyata keçirə bilər. Qeyd edək ki, cari plana əsasən, "Saudi Aramco"nun IPO-sunun 2018-ci ilin ikinci yarısında keçirilməsi planlaşdırılır və satışdan 100 mlrd. ABŞ dolları gəlir gözlənilir.
Xatırladaq ki, oktyabr ayında S.Ərəbistanının paytaxtı Ər-Riyadda nəhəng investisiya konfransı keçiriləcək və burada IPO-nun vaxtı ilə yanaşı harada keçiriləcəyi də müzakirə olunacaq. Hələlik IPO-nun keçirilməsi üçün London və Nyu-York birjaları namizəddir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08