ABŞ-da neft hasilatı qısa zamanda bərpa olub
İqtisadiyyat
14 Sentyabr 2017 10:56

ABŞ-da neft hasilatı qısa zamanda bərpa olub


Bakı. 14 sentyabr. REPORT.AZ/ ABŞ-ın neft ehtiyatları sentyabrı 2-dən 8-nə qədər davam edən həftə ərzində 5,888 mln. barel və yaxud 1,3% artaraq 468,2 mln. barelə çatıb.
"Report" "RIA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi məlumat yayıb.
Xatırladaq ki, "Reuters" agentliyinin keçirdiyi sorğuda iştirak etmiş analitiklər artımın 4,911 mln. barel olacağını ehtimal edirdilər.
Hesabat dövründə ölkənin benzin ehtiyatları isə 2,25 mln. barellik azalma gözləntisinə baxmayaraq, 8,428 mln. barel və yaxud 3,7% azalaraq 218,3 mln. barelə düşüb.
ABŞ-da neft hasilatı isə əvvəlki hesabat həftə baş vermiş qasırğalar səbəbindən kəskin azaldıqdan sonra 6,5% artaraq 9,353 mln. barel/günə yüksəlib. Qeyd edək ki, 2 həftə öncə ABŞ-da gündəlik neft hasilatı 9,530 mln. barel/gün olub.
ABŞ-da neft ehtiyatlarının artması dünya bazarından neftin ucuzlaşmasına səbəb olmayıb. "Brent" markalı neftin 1 barelinin qiyməti 1%-ə yaxın artaraq 55,1 dollar/barelə yüksəlib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR