Azərbaycanı sevməyən nazir qızının  Avropada  ACINACAQLI HƏYATI
Digər
14 Sentyabr 2017 11:02

Azərbaycanı sevməyən nazir qızının Avropada ACINACAQLI HƏYATI


“Qafqaz günləri”

Картинки по запросу Banine

XIX əsrin sonları, XX əsrin əvvələrində Bakının neft maqnatlarının sayı durmadan artırdı. Elə bu dövrdə neft səltənətinin milyonçuları Şəmsi Əsədullayev və Musa Nağıyevin ailəsində toy çalınır. Nağıyevin qızı Ümmülbanu ilə Əsədullayevin oğlu Mirzə ailə qururlar. Mirzə öz dövrünə görə olduqca savadlı gənc idi. O, ailə biznesini idarə edirdi. Mirzə Əsədullayev həmçinin Azərbaycan Demokratik Respublikası dövründə Ticarət və Sənaye naziri vəzifəsində çalışmışdı.

İki milyonçunun ailəsində dünyaya göz açmaq bəlkə də, kimlər üçünsə böyük xoşbəxtlik sayıla bilər. Lakin qəhrəmanımızın acı taleyi elə onunla birgə doğulur. Sonralar öz “Qafqaz günləri” əsərində yazacaqdı: “Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram”.


Ümm-Əl-Banu dördüncü qızını dünyaya gətirərkən, körpəsinin üzünü görmədən dünyadan köçür. Qızcığaza anasınının əziz xatirəsinə Ümm-Əl-Banu adı verilir.

Balaca Banu və bacılarını alman əsilli Anna adlı mürəbbiyə böyüdür. Odur ki, bacılar hələ kiçik yaşlarından alman, fransız və ingilis dillərində danışmağa başlayırlar. Əsədullayevlər ailəsi hər ilin yay aylarında Mərdəkanda yerləşən bağ evinə köçürdü. İllər sonra Ümmülbanu bağ həyatını belə xatırlayırdı: “Bağda hər yer mənim dostum idi, armud ağacları, çiçəklər, qızılgül tağları, hətta hovuz və pilləkanlar. Hər yerdə özümə yeni sirdaş tapırdım və çox xoşbəxt idim. Onlar insanlardan fərqli olaraq yaxşılığı yadda saxlayıb, təşəkkür etməyi də bacarırdılar”.

Ögey ana, yad ölkə...


Картинки по запросу Banin və baciları

Dul Mirzə Əsədullayev yenidən ailə qurmaq qərarına gəlir. Bu dəfə onun seçimi zərif və şarmlı gürcü qızı Tamara Datiyeva olur. Tamara çox müasir və qərb mədəniyyətinə meyilli qadın idi.

1920-ci ildə bolşevik dəstələri Azərbaycanı zəbt edir. Bununla da şərqin ilk demokratik Cümhuriyyəti süquta uğrayır.

Ölkənin aydın səmasını bürüyən qara buludlar Ümm-Əl-Banunun ailəsindən də yan ötmür. Cümhuriyyətin ticarət və sənaye naziri Mirzə Əsədullayev də digər dövlət rəsmilərilə birgə həbs edilir. Əsədullayevin gənc xanımı və böyük qızları Fransaya qaçırlar.

Günbəgün atasının həbsdə vəziyyətinin pisləşdiyini görən 15 yaşlı Ümm-Əl-Banu taleyin acı zəhərini yenidən içməli olur. O, öz arzularını, xəyallarını tapdayıb, atasının yeganə xilaskarı Balabəy Qocayevlə ailə qurmalı idi. Qocayev Mirzə Əsədullayevin həbsdən azad olub, Parisə köçməsini təmin edir. Gənc ailə isə öncə Gürcüstana, oradan da Türkiyəyə köçür. 1924-cü ildə isə Ümm-Əl-Banu Fransaya ailəsinin yanına gedir. Bir damla belə sevgi bəsləmədiyi ərindən ayrılmaq ona hürriyətin ləzzətini daddırır. O, bir neçə il sürən əziyyətdən sonra Balabəydən boşanmağa nail olur.

Parisdə yaşayan Əsədullayevlər ailəsinin maddi durumu getdikcə pisləşirdi. Onlar bir neçə ildən sonra Azərbaycanda vəziyyətin durulacağına və geri dönəcəklərinə ümid bəsləyirdilər. Lakin günlər bir-birini əvəzlədikcə xəyalları da Bakıdan gətirdikləri daş-qaşlar kimi puç olurdu.

Ailəyə məxsus bütün zinyət əşyaları satıldıqdan sonra Əsədullayevlərin səfil həyatları başlayır. Analığı ilə daim mübahisə edən Ümm-Əl-Banu ata evindən ayrılıb, balaca bir daxmada sığınacaq tapır.

“Paris günləri”


Картинки по запросу Banine

Gənc qız Parisdə təkbaşına ac qalmamaq üçün bir neçə işdə çalışırdı. Model, satıcı, katibə, musiqi müəlliməsi və nəhayət yazıçı... Elə onu Fransa oxucusuna tanıdan Banin təxəllüsünü də bu dövrdə götürür. O, bu təxəllüsə məşhur fransız yazıçısı Jean Paulhanın məsləhətilə sahib olur. Çünki məhz bu adı fransız oxucusu daha rahat yadda saxlaya bilərdi. Ümm-Əl-Banu bütün yazılarını bu təxəllüs imzası ilə tamamlayırdı. Çox keçmir ki, yazıçı həyatda da bu adla çağırılmağını istəyir. Beləcə Ümm-Əl-Banu Baninə çevrilir.

Baninin ilk kitabı “Nami” 1942-ci ildə işıq üzü görür, ardınca isə “Qafqaz günləri”, “Paris günləri”, “Yungerlə görüş”, “Sonra” və digər əsərləri onu fransız oxucusuna tanıdır. Lakin Banini ən çox Fransada mühacirətdə olan rus yazıçılıarı sevirdilər.

Banin və Bunin