“Unibank” bazara yeni kart çıxarıb
İqtisadiyyat
14 Sentyabr 2017 11:16

“Unibank” bazara yeni kart çıxarıb


Bakı. 14 sentyabr. REPORT.AZ/ “Unibank” ASC yeni tədris ilinin başlanması ilə əlaqədar “ALBALI Junior” adlı debet kart məhsulunu bazara təqdim edib.
“Report” Banka istinadən xəbər verir ki, kart 16 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulub.
“ALBALI Junior”un əldə olunması üçün valideynin razılığı və şəxsiyyət vəqisəsi, eləcə də uşağın doğum haqqında şəhadətnaməsinin surəti lazımdır. Kartın qiyməti 3 AZN / USD-dir. Kartın üzərində məktəblinin adı qeyd olunacaq.
“ALBALI Junior” debet kartına sahib olmağın aşağıdakı üstünlükləri var.
- “Unibank Mobile” mobil əlavəsi vasitəsi ilə kartdan xərcləmələrə nəzarət etmək;
- “Unibank”ın filiallarında, “cash-in” və “E-manat” ödəmə terminallarında, onlayn rejimdə karta vəsait mədaxil etmək;
- Hər alış-verişdə xərclənən vəsaitin 30%-ə qədər hissəsinin hesaba geri qayıtması;
- Kartda qalan pula illik 6%-ə qədər depozit gəliri hesablanır ki, bu da uşağın gələcəyi üçün ən yaxşı sərmayədir;
- Kartdakı vəsaiti “Unibank”ın bankomatlarından nağdlaşdırmaq komissiyasızdır;
- “Unibank Mobile” mobil əlavəsi vasitəsi ilə karta pulsuz köçürmə;
- Partnyor və qeyri-partnyor mağazalarda endirimlərdən faydalanmaq.
“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Bankın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09:00-dan 17:00-a qədər fəaliyyət göstərir. Müştərilərin tələbatını nəzərə alaraq, bankın paytaxt və bölgələrdə yerləşən 5 filialı - “Əcəmi”, “Neftçilər”, “15 saylı” (Səməd Vurğun bağı ilə üzbəüz), “Sumqayıt” və “Gəncə” filialları həftə sonu saat 10.00-dan 14.00-a qədər müştərilərin xidmətindədir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın rəsmi internet səhifəsindən (www.unibank.az), “Facebook” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən (www.facebook.com/unibank.az , #twitter.com/unibank ) əldə etmək olar.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR