Azərbaycanda illik inflyasiya sabit qalıb - 14%
İqtisadiyyat
14 Sentyabr 2017 11:31

Azərbaycanda illik inflyasiya sabit qalıb - 14%


Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq mallarının qiymətləri 12,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6% artıb.
“Report” bu barədə Dövlət Statistika komitəsinə istinadən xəbər verir.
Cari ilin avqust ayında iyula nisbətən istehlak məhsullarının və xidmətləri 0,2%, o cümlədən ərzaq məhsulları 0,3%, qeyri-ərzaq malları0,1%, əhaliyə göstərilən ödənişli xidmətləri 0,2% bahalaşıb.
Xatırladaq ki, 2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 9,6% artım qeydə alınıb.
Cari ilin iyulunda isə iyun ayına nisbətən istehlak məhsulları və xidmətlər 0,1%, o cümlədən qeyri-ərzaq malları1,6%, əhaliyə göstərilən ödənişli xidmətləri 0,4% bahalaşıb, ərzaq məhsulları isə 1,0% ucuzlaşıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08