Qalmaqallı reperin klipi olay yaratdı: balaca oğlanı asdılar - VİDEO - FOTO
Maraqlı
14 Sentyabr 2017 12:24

Qalmaqallı reperin klipi olay yaratdı: balaca oğlanı asdılar - VİDEO - FOTO


Əsl ad və soyadı Casey Dueyn Onfroy olan 19 yaşlı reper XXXTentacion-nin son mahnısının videoklipi çox böyük qalmaqala səbəb olub.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 19 yaşlı reperin "Look At Me!" adlı mahnısının klipində ağdərili oğlanın linç səhnələri yer alıb.

Reper bu oğlanı ağacdan asır.

Digər kadrlarda isə XXXTentacion və daha iki qaradərili oğlanı linç edərək asırlar.

Reperin dediyinə görə, bu minvalla o, ABŞ-ın Şarlottsvil şəhərində qətlə yetirilmiş Hizer Hayer, habelə Emmet Till və Filando Kastiliyanın məhz irqi zəminlə öldürülmələrinə işarə vurur.

XXXTentacion əvvəllər hamilə qadını döyməkdə və boğmağa çalışmaqda suçlanmışdı.

Sosial şəbəkələrdə amerikalılar bu videoklipin yasaqlanmasını, reperin isə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər.

XXXTentacion ittihamları qəbul etmir: "Bu insanlar sadəcə, klipin qayəsini, tamaşaçılara və dinləyicilərə çatdırmaq istədiyim mesajı anlamayıblar. ABŞ-da irqi zəmində problemlər var. Bu problemlər həll olunmasa, gəncləri fəsadlı yaşam gözləyir. Mən də videoklipimdə dərisinin rənginə görə insanların ayrı-seçkiliyə məruz qalmasının yolverilməz olduğunu demək istəmişəm".

Milli.Az




















loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08