Xərçəng xəstəsi ağrıdan ölmək istəyir - Bu film YouTube-da yasaqlandı - VİDEO - FOTO
Maraqlı
14 Sentyabr 2017 13:24

Xərçəng xəstəsi ağrıdan ölmək istəyir - Bu film YouTube-da yasaqlandı - VİDEO - FOTO


"Bu filmin nümayişi ümumiyyətlə yasaqlanmalıdır. İnsanların hisslərini, acıları, ağrılarını, mənəviyyatını oyuncaq etmək olmaz".

Avstraliya parlamentinin deputatlarının bir qrupunun imzaladıqları açıq məktubda belə deyilir.

Milli.Az bildirir ki, səbəb "Go Gentle Australia" qeyri-hökumət təşkilatının hazırladığı "Stop The Horror" qısametrajlı sənədli filmdir.

Filmin qəhrəmanı beyin xərçəngindən əziyyət çəkən avstraliyalı Qreq Simsdir.

"Ölmək istəyirəm, yaşaya bilmirəm! Dözə bilmirəm!", - Sims deyir. Simsin ailəsi də onun evtanaziya yolu ilə həyatına son qoyulmasına tərəfdar olduqlarını söyləyir.

"Go Gentle Australia" təşkilatı əvvəl Avstraliyanın Viktoriya bölgəsində, sonra da bütün ölkədə evtanaziyanın leqallaşdırılmasına çalışır.

"Stop The Horror" filmi ilk əvvəl YouTube-a yerləşdirilsə də, avstraliyalı deputatların şikayətlərindən sonra yasaqlanıb və silinib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xərçəng xəstəsi ağrıdan ölmək istəyir - Bu film YouTube-da yasaqlandı









loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR