Gülbenin 8 yaşlı oğlu onu kövrəltdi - FOTO
Maraqlı
14 Sentyabr 2017 13:44

Gülbenin 8 yaşlı oğlu onu kövrəltdi - FOTO


Müğənni Gülben Ergen əkizlərindən Aresin sürprizi qarşısında göz yaşlarını saxlaya bilməyib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənninin oğlu ona verilən cib xərcliyini yığaraq işıq pulunu ödəyib. Aresin notunu sosial şəbəkədə paylaşan Gülben bunları yaqzıb:
 
"İşıq, qaz, su pulu poçtumuza gələndə uşaqlarla birlikdə götürürük. Bu gün isə məndən əvvəl onlar götürüb. Evə gələndə yatağımın başında bu zərf var idi. Yayın sonunda hamımız öz büdcəmizi müəyyənləşdirib, oğullarımın ötən il istifadə etdikləri geyimlər, oyuncaqlar, kitabları qablaşdırıb ehtiyacı olanlara yollamış, sudan, işıqdan, qazdan qənaətlə istifadə etməli olduqlarını başa salmışdım. Üstəlik onlara "Qənaətcil olun, yadınızdan çıxartmayın, ananız sizə təkbaşına baxır" demişdim. Bunu ağlayaraq yazıram: oğlum bu ay yığdığı pullarla evin işıq pulunu ödəyib. 8 yaşı var". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR