Kök qadınlar: Çəkimiz qəbahət deyil - FOTO
Maraqlı
14 Sentyabr 2017 13:44

Kök qadınlar: Çəkimiz qəbahət deyil - FOTO


Bədən ölçüləri plus-size olan xanım bloqerlər sosial şəbəkələrdə artıq kimsədən çəkinmirlər.

Onlar "sən köksən", "moda bloqerliyinə yaramırsan" təki "irad"lara da fikir vermirlər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 32 yaşlı Naomi Qriffits belə kök xanımlardan biridir.

Onun dediyinə görə, moda reklamı üçün nərmənazik xanımlardan heç də az yararlı deyil.

İngiltərənin Ekseter qraflığınrda yaşayan Naomi sosial şəbəkələrdə sürətlə populyarlaşmaqdadır.

Edinburqda yaşayan 27 yaşlı Amanda Elliot da kök olmasına rəğmən, özüneü çox cazibədar sayır.

"Kök olmaq qəbahət deyil. Qəbahət natamamlıq kompleksini yaşayıb başqalarının dediyinə qulaq asmaq, depressiyaya düşməkdir", - Amanda söyləyib.

Milli.Az





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR