Rusiyanın əsl məqsədi...
Digər
14 Sentyabr 2017 13:52

Rusiyanın əsl məqsədi...


Xəbər verdiyimiz kimi, Rusiya “Zapad-2017” adlı hərbi təlimlər keçirməyə hazırlaşır. 20 sentyabra qədər davam edəcək təlimdə Rusiya 12,700 əsgərin iştirak edəcəyini desə də, NATO bu rəqəmin 100 mindən çox olduğunu deyir. Bu təlim səbəbindən Rusiya ilə NATO arasındakı gərgin münasibət daha da artıb. Bəzi dövlətlər bunu əslində Rusiyanın müharibə etmək istəyi kimi qələmə verir. Əslində Rusiyanın bu təlimi keçirmək məqsədi nədir?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, əslində bu təlimin miqyası elə də böyük deyil:

“Yəni, Rusiya Belarus ərazisində hərbi təlim keçirir və Belarus üç Baltikyanı respublika olan Ukrayna və Polşanın qonşusudur. Həmin üç Baltikyanı ölkə ABŞ və NATO-ya müraciət edərək, Rusiyanın təlimini təhlükə kimi qələmə verirlər. ABŞ və NATO-nun da Rusiyanın hərbi təliminə reaksiyası 4-5 dövlətdən gedən xəbər əsasındadı. NATO Rusiyanın qonşuluğunda hərbi təlim keçirir, Rusiya NATO-ya yaxın dövlətlərin yaxınlığında təlim keçirir. İndi ABŞ və NATO-nun Rusiyaya, Rusiyanın da onlara “əzələ gücü” göstərməyinin yolu da hərbi təlimlərdir. Düşünürəm ki, Baltikyanı dövlətlər bu təlimdən daha çox qorxurlar. Rusiya hazırda Baltikyani dövlətlərə hücum eləmək gücündə deyil, çünki bu regionda müharibə başlaya bilməz. Amma bu təlimlər psixoloji təsir vasitəsidir. Bu səbəbdən də Baltikyani dövlətlər ABŞ-ı Rusiyaya qarşı qızışdırırlar".

Günay Elşadqızı \ METBUAT.AZ

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Ən şanssız qan qrupları

Ən şanssız qan qrupları

19 Noyabr 2017 22:14
Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03