İlham Əliyev Böyük Britaniyanın dövlət naziri ilə görüşüb
Digər
14 Sentyabr 2017 14:22

İlham Əliyev Böyük Britaniyanın dövlət naziri ilə görüşüb


Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniyanın dövlət naziri Alan Dunkan ilə görüşüb.

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Tereza Meyin bugünkü mərasimlə əlaqədar göndərdiyi təbrik məktubuna görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı Tereza Meyin ölkələrimizin münasibətləri haqqında dediyi xoş sözlərdən məmnunluğunu ifadə etdi.

Prezident İlham Əliyev Böyük Britaniyanın mərasimdə yüksək səviyyədə təmsil edilməsinin Birləşmiş Krallıq hökumətinin bu tədbirə verdiyi böyük önəmin göstəricisi olduğunu bildirdi. Sazişin imzalanmasının tarixi hadisə olduğunu deyən dövlətimizin başçısı onu yeni əsrin müqaviləsi adlandırdı.

Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, əlaqələrimizin neft-qaz sektorunu və digər sahələri əhatə etdiyini vurğuladı.

Böyük Britaniyanın dövlət naziri Alan Dunkan ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, münasibətlərimizin digər sahələrdə də inkişaf etdiyini dedi. “Azərbaycan və Böyük Britaniya etibarlı tərəfdaş olduqlarını nümayiş etdirir”, - deyən Alan Dunkan ölkələrimiz arasında əməkdaşlığın qeyri-neft sektorunda da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi.

Böyük Britaniyanın dövlət naziri “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan yeni Sazişin imzalanmasını tarixi hadisə adlandıraraq qeyd etdi ki, bu, ikitərəfli əməkdaşlığımızın təməlini təşkil edəcək.

Söhbət zamanı ölkələrimiz arasında viza rejiminin qarşılıqlı surətdə sadələşdirilməsinin əhəmiyyəti qeyd olundu.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08