"25 ildir beş ulduzlu hotellərdə qalıb, yüksək maaş alıblar, amma.."
Digər
14 Sentyabr 2017 14:32

"25 ildir beş ulduzlu hotellərdə qalıb, yüksək maaş alıblar, amma.."


"ATƏT-in Minsk qrupunun yaradılması ən böyük səhvdir". 

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Moskva-Bakı oxu- Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxışı edən, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının üzvü, Bakı Musiqi Akademiyasının rektoru, bəstəkar Fərhad Bədəlbəyli bildirib.

 

ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edən F. Bədəlbəyli bu qrupun 25 ildə Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində heç bir iş görmədiyini vurğulayıb: "Mən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvüyəm. 25 ildir ki, həmsədrlərlə görüşürük. Onlar bu müddət ərzində heç bir iş görməyiblər. Ancaq biznes klassda gəlib, beş ulduzlu hotellerdə qalıblar. Yüksək maaş alıblar. Lakin bütün bunların qarşılığında bir addım belə qabağa atılmayıb. Minsk qrupunun yaradılması çox böyük və dəhşətli səhvdir. Çünki ABŞ və Fransanın münaqişənin həllində öz maraqları var. Onlar bu ölkələrdəki erməni diasporunun maraqlarını təmin edirlər. Əminəm ki, Rusiya, Azərbaycan və Ermənistan birlikdə bu münaqişəni həll edə bilərdilər".

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08