Düşmənin İTKİSİ AÇIQLANDI: Ermənistan ordusunda DƏHŞƏTLİ ÖLÜMLƏR
Digər
14 Sentyabr 2017 15:53

Düşmənin İTKİSİ AÇIQLANDI: Ermənistan ordusunda DƏHŞƏTLİ ÖLÜMLƏR


Ermənistan ordusu bu ilin 1-31 avqust tarixlərində 5 itki verib.

Publika.az
Ermənistan mediasına istinadən xəbər verir ki, itkilər həm döyüş, həm də qeyri-döyüş hadisəsi nəticəsində qeydə alınıb.

Döyüş itkiləri

1. Avqustun 14-də atəşkəsi pozan erməni hərbi birləşmələrinin 1988-ci il təvəllüdlü hərbiçisi Arman Samvel oğlu Movsisyan məhv edilib.

2. Avqustun 27-də isə düşmən ordunun 1991-ci il təvəllüdlü müddətdən artıq hərbi qulluqçusu Artak Ağasi oğlu Bişaryan yaralanıb. Bişaryan Xankəndi mərkəzi hospitalında ölüb.

Qeyri-döyüş itkiləri

1. Avqustun 16-da erməni hərbi birləşmələrinin 1985-ci il təvəllüdlü müddətdən artıq hərbi qulluqçusu Vardan Qriqoryan öldürülüb. Hərbi qulluqçu mübahisə etdiyi 37 yaşlı həmkəndlisi tərəfindən qətlə yetirilib.

2. Avqustun 20-də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin birinin ərazisindən 1991-ci il təvəllüdlü Andranik Armen oğlu Mkrtsyanın cəsədi tapılıb.

3. Avqustun 14-də erməni ordusunun 1998-ci il təvəllüdlü əsgəri Abas Mamo oğlu Sloyan asılmış vəziyyətdə tapılıb.

Qeyd edək ki, bu, rəsmi məlumatlar əsasında hazırlanmış statistikadır. Ermənistan Müdafiə Nazirliyi itkilərin yarısından çoxunu gizlədir.

Asif

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR