“Lütfi Zadənin oğlu dəfnə gələcəkmi?” sualına sərt reaksiya
Digər
14 Sentyabr 2017 16:02

“Lütfi Zadənin oğlu dəfnə gələcəkmi?” sualına sərt reaksiya


Lütfi Zadə vida mərasiminin harada keçiriləcəyi məlum olub.

Bu barədə Metbuat.az-a məlumat verən Zadə ailəsinin dost, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova bildirib ki, ona Lütfi Zadənin nə zaman gətiriləcəyi ilə bağlı məlumat sabah axşam veriləcək: “Amerikadan ötən gün axşam gəlmişəm və morqdan dəqiq məlumatı mənə sabah axşam verəcəklər. Çünki onlar təyyarəyə yükləməklə bağlı sənədləşdirmə etməlidilər. Bunun üçün də sənəd əldə edlməlidir. Sənəd isə onlara bu gün axşam gələcək. Sənəd gəldikdən sonra bu işlə məşğul olacaqlar. Daha sonra dərhal mənə məlumat veriləcək ki, onlar hansı reyslə gəlir və nə zaman çatacaqlar”.

Şahnaz Şahbazovanın sözlərinə görə, vida mərasimi, dəfnlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məşğul olacaq: “Heydər məscidində Lütfi Zadənin cənazə namazı qılınacaq. Vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək, daha sonra I Fəxri Xiyabanda dəfn olunacaq”.

“Lütfi Zadənin oğlu dəfndə iştirak edəcəkmi?” sualına isə Şahnaz Şahbazova çox sərt reaksiya verib: “Ayıb olsun bu suala görə. Bir də mənə zəng etməyin. Siz sensasiya axtarırsız. Heç bir suala cavab verməyəcəm”.

Şahnaz xanımın bu suala nə səbəbdən belə aqressiv cavab verdiyini bilməsək də, böyük alimimizə Allahdan rəhmət diləyirik.

Günay Elşadqızı \ METBUAT.AZ

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR