Qızları soyunduraraq AĞACA BAĞLAYIR, sonra isə bunu edirdi - QORXUNC FAKTLAR
Digər
15 Sentyabr 2017 15:53

Qızları soyunduraraq AĞACA BAĞLAYIR, sonra isə bunu edirdi - QORXUNC FAKTLAR


Təhkimçiliklə qəddar rəftar rus malikanələrində nadir hadisə deyildi. Amma söz açacağımız presedent sadizmin ən dəhşətli hadisələrindən biri kimi tarixə düşüb. Mülkədar Darya Saltıkova öz himayəsində çalışan 138 kəndlini amansızlıqla qətlə yetirib.

Publika.az portalın “Tarix” bölməsinin oxucularına məşum sadist qadının uzun vaxt cəzasız qalan cinayətləri haqda yazını təqdim edir:

Qızlıq soyadı İvanova olan Darya Nikolayevna Saltıkova I Pyotrun yaxın adamının qızı idi. 1730-cu ildə Moskva ətrafı Troisk kəndində doğulub, ailə qurandan sonra bir neçə malikanənin sahibi olur.

Evlilikdən qısa müddət sonra Saltıkova dul qalır və 26 yaşında artıq Moskva, Voloqda və Kostroma quberniyalarında təxminən 600 təhkimçi kəndlinin işlədiyi bir neçə malikanənin sahibi olur. Ərinin ölümünə qədər o, sadist meylləri ilə seçilmirdi. Amma tezliklə, Troisk kəndinin ətraflarına da sahib olandan sonra onun amansız vəhşilikləri haqqında xəbərlər hər yana yayılmağa başladı.

Qulluqçuların müntəzəm döyülməsi ən adi günahlara görə baş verirdi: pis yuyulmuş döşəmə, pis yuyulmuş paltar və s. Əvvəlcə o, kəndliləri çubuq, odun parçası, şallaq və s. ilə döyürdü. Get-gedə cəzalar sərtləşdi və təqsirkarları atabaxanlar, onlar ölənə qədər döyməyə başladı.

Saç buran isti çatılarla Saltıkova qurbanlarını qulaqlarından tutur, onların üstünə qaynar su tökür, saçlarını yandırır və ac saxlayırdı. Şaxtalı havada soyunduraraq ağaclara bağlayırdı. Xüsusilə, qızlar və qadınlar daha sərt cəzaların qurbanı olurdular.

Sadistin əllərindən onun məşuqu da zərər çəkir – bu, zadəgan Nikolay Tyutçev idi - şair Fyodor Tyutçevin babası. O, Saltıkovanı tərk edəndən və yeni sevgilisi ilə evlənməyə qərar verəndən sonra mülkədar atabaxana əmr edir ki, əldəqayırma bomba qoyulan arabanı onun evinin altında yerləşdirsin. Atabaxan belə bir əmri yerinə yetirməyə qorxur və qətl baş tutmur.

Polis bütün bu hadisələrə səthi yanaşırdı. Mülkədar bolluca məbləğ ödəyərək, yox olmuş kəndliləri qaçmış və ya itkin düşmüş kimi qələmə verdirirdi. Dövrün rəsmi sənədlərinə əsasən, 50 insan "xəstəlikdən ölmüş", 72 insan "xəbərsiz itmiş", 16 insan "sevgilisi ilə qaçmış"dı.

Beləcə daha uzun müddət davam edərdi, əgər 2 təhkimçi kəndli malikanədən qaçaraq imperatriçəyə şikayət etməsəydi. Saltıkova qaçaqlardan birinin – Yermolay İvanovun 3 arvadını qətlə yetirmişdi.

Qullar mülkədarlardan tez-tez şikayət edirdilər – XVIII əsrdə zadəganlar həddini o qədər aşmışdılar ki, istənilən xırda günaha görə, kəndliləri hətta Sibirə belə sürgün edə bilirdilər.

Amma II Yekaterina taxta çıxandan sonra bütün bu biabırçılığı öz şəxsi kontrolu altına götürdü – qətl edilmiş, həyatları qaraldılmış insanların sayı onu təəccübləndirirdi. Onun yaratmağa planlaşdırdığı oxumuş cəmiyyətdə, belə vəhşiliklərə yer yox idi.

Əvvəlcə Saltıxovanı ev dustağı edirlər. 1764-cü ildə isə ona cinayət işi açaraq sübutlar yığmağa başlayırlar. Dindirilən şahid sayı 400-dən çox idi. Qatil öz günahını inkar edirdi: "Mən öz malikanəmdə qayda-qanun yaradırdım…". Çox keçmədi ki, onun cinayətləri artıqlaması ilə sübut olundu.

Saltıkovanı zadəgan rütbəsindən məhrum etdilər və bütün əmlakını əlindən aldılar. Onun üzərində vətəndaş məhkəməsi təşkil edildi: boş sahədə biabırçı vəziyyətdə, sinəsində "Ürək dağlayan! Əzab verən qatil!" lövhəciyi asaraq sütuna qandalladılar. Bundan sonra, tarixin ən amansız cinayətkar qadınlarından biri öz həyatının 33 illik davamını həbsdə keçirdi.

Zaur H.

Qadından QANDONDURAN ƏMƏLLƏR: bakirə qızların başına gətirilən ağlagəlməz DƏHŞƏTLƏR - FOTO

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...