Dünyanı təmizlə...
Maraqlı
15 Sentyabr 2017 22:44

Dünyanı təmizlə...


"Dünyanı təmizlə" ("Clean Up The World") hər il sentyabrın üçüncü həftəsonu keçirilən qlobal kampaniyadır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kampaniya həftənin cümə günündən başlayaraq üç gün davam edir. Cari ildə təmizlik aksiyası sentyabrın 15-dən 17-dək nəzərdə tutulub. Hər il 130 ölkədən təxminən 35 milyon nəfərə yaxın insan aksiyada aktiv iştirak edir.

Təmizlik kampaniyası 1993-cü ildə "Avstraliyanı təmizlə" adlı ətraf mühitin mühafizəsi üzrə qeyri-hökumət təşkilatı tərəfindən başlanılıb. Təşkilat kampaniyanı qlobal səviyyədə tanıtmağa qərar verir və buna nail olur. Belə ki, hər il milyonlarla könüllü öz yaşayış məntəqələrini təmizləməklə Yer kürəsinə öz töhfələrini verirlər.

"Dünyanı Təmizlə" hərəkatı BMT tərəfindən tanınır və üç dildə - ingilis, fransız, ispan dillərində fəaliyyət göstərir.

Hər bir cəmiyyət kampaniyaya qatılmaq üçün öz fəaliyyətini təşkil edir. Kampaniya tədbirlərinə ağac əkmə, utilizasiya, suyun yenidən istifadəsi, maarifləndirici kampaniyalar, sərgilər və müsabiqələr daxildir.

Hər il bir mövzu ətrafında keçirilən aksiyanın builki şüarı "Bizim məkanımız ... Bizim Planetimiz ... Bizim Məsuliyyətimiz"dir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR