Kambocada heyran olacağınız 10 yer - ƏSRARƏNGİZ FOTOLAR
Maraqlı
15 Sentyabr 2017 23:04

Kambocada heyran olacağınız 10 yer - ƏSRARƏNGİZ FOTOLAR


Cənub-Şərqi Asiyanın zəngin və mürəkkəb coğrafi təbiətə malik ölkəsi Kamboca 19 əyalət və 5 böyük şəhərdən ibarətdir. Paytaxtı Pnompen şəhəri olan bu ölkəyə səyahət etmək çox asan və rahatdır. Ekzotik ölkə hesab edilən Kambocaya çox asan viza ala bilərsiniz.

Milli.Az Kambocaya heyran olacağınız 10 ekzotik yer haqqında maraqlı faktları təqdim edir:

1. Dənizin dibini görə biləcəyiniz təmizlikdə mavi sular sizi heyran edəcək.

2. Siem Reap məbədlər şəhəri turistlərin ən çox diqqətini cəlb edən yerlərdən biridir. Məbədlər şəhərini ziyarət edən turistlərin çoxu burada olan məbədlərdən yalnız birini - Anqkor Vat məbədini gəzir. Şəhərdə isə göl üzərində üzən yüzlərlə evlər, məbədlər inanılmaz mənzərə yaradır.

3. Angkor Vat Məbədi 1115-1145 illərdə hakimiyyətdə olan kral ikinci Suryavarman tərəfindən inşa edilib. Nəhəng tikili daha sonra buddizm dininə etiqad edən yerli sakinlər üçün məbəd rolunu oynayıb.

4. Ta Prohm məbədi hollivud ulduzu, aktrisa Ancelina Colinin rol aldığı "Lara Klorft" filmi ilə məşhurlaşıb. Daha əvvəl diqqətsiz qalan bu məbəd film çəkilişlərindən sonra çoxsaylı turistlərin diqqətini cəlb etməyə başlayıb.

5. Şəhərin hər yerində su axını ilə gəzə biləcəyiniz xüsusi sörf taxtaları var.

6. Kambocada yerli sakinlər mənəvi rahatlığa önəm verir. Bu torpaqlarda gəzən zaman getdiyiniz hər yerdə ruhunuza xitab edəcək mənzərələr tapa bilərsiz. Bu sehirli məkan sanki sizi mənfi enerjidən təmizləyir və müsbət ümosiyalara kökləyir.

7. Zanbaqlarla örtülü möhtəşəm göl.

8. Angkor Thom məbədi isə 12 əsrin sonlarında buddist kralı 7-ci Jayavarman tərəfindən inşa edilib.

9. Ekzotik şəlalələr bu torpaqların ən populyar nöqtələrdən biri hesab olunur. Bir gün buraya səyahət etsəniz Phnom Kulen adlanan bu şəlalələri görmədən geri qayıtmayın.

10. Bir-birindən rəngli mərasimlər və bayramların məkanı Kambocada ilin əksər vaxtlarında yerli sakinlər üçün bənzərsiz şənliklər keçirilir. Kambocanın maraqlı adət-ənənələri ilə tanış olmaq istəyirsinizsə səyahət siyahınıza bu yeri əlavə etməyi unutmayın. (publika.az)

Milli.Az











loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR