Öz dəfnində dirilən, bütün ölkənin həyatını dəyişdirən tərbiyəçi: QARA KRALİÇANIN SİRLƏRİ - FOTO
Maraqlı
15 Sentyabr 2017 23:24

Öz dəfnində dirilən, bütün ölkənin həyatını dəyişdirən tərbiyəçi: QARA KRALİÇANIN SİRLƏRİ - FOTO


Uzaq 1638-ci ilin 5 sentyabrında Fransanın Sen-Jermen-an-Le şəhərində "günəş-kral" ləqəbi ilə tanınan XIV Lüdovik dünyaya gəlib. O, bütün Avropa hökmdarlarından daha uzun - 72 il hökmranlıq edib.

XIV Lüdovik taxta azyaşlı ikən çıxdı. Dövləti anası və kardinal Mazarini idarə edirdi. Gəncliyində Frondan müharibələrini yaşayan kral monarxiya prinsipinin qatı tərəfdarına çevrildi və kralların ilahi hüququnun olmasına bütün qəlbi ilə inanırdı.

Onun "Dövlət mənəm!" ifadəsi dillər əzbəridir. XIV Lüdovikin hökmranlığı Fransada monarxiya hakimiyyətinin "Böyük Əsri" adı ilə tarixə düşə bildi. Bu 72 il, Fransanın, onun hərbi gücünün, siyasi çəkisinin və intellektual nüfuzunun əhəmiyyətli dərəcədə güclənməsi, həmçinin mədəniyyətinin çiçəklənməsi hesab olunur.

Amma bununla yanaşı, XIV Lüdovikin apardığı daimi müharibələr, yüksək vergi yığımı tələb edirdi ki, bu da ölkəni iqtisadi baxımdan sarsıdırdı. Dinə səthi yanaşma, bəzi dini vacib ritualların ləğvi isə Fransadan hugenotların kütləvi emiqrasiyasına gətirib çıxardı.

Ancaq XIV Lüdovikə "günəş-kral" ləqəbi əbəs yerə verilməmişdi. Onun diplomatiyası bütün Avropa saraylarının üzərində hökmranlıq edirdi. Ordusu yaxşı təşkil olunmuş, sabit idarə olunan, ən böyük nüfuza malik ordu idi. Fransa ağlasığmaz yüksəlişə məhz onun hökmranlığı zamanı nail oldu - bu həm də incəsənətdə, elmdə, sənayedə və əlbəttə ki, ticarətdəki nailiyyətlərlə bağlı idi.

XIV Lüdovikin kral iqamətgahının daşındığı Versal sarayı məhz onun vaxtında demək olar ki, bütün müasir padşahların paxıllığının və təəccübünün predmeti olmuşdu. Saray daxilində ciddi etiket qaydaları hökm sürürdü, hansı ki, bütün saray həyatını tənzimləyirdi. Həyatının son günlərinə qədər XIV Lüdovik tarixçilərin, rəssamların və ədəbiyyat adamlarının dəfələrlə müraciət etdiyi tarixi personaj olaraq qaldı. "Günəş-kral" 1 sentyabr 1715-ci il Versalda dünyasını dəyişdi.

Milli.Az XIV Lüdovik haqda bir sıra tarixi faktları oxuculara təqdim edir. Bu dəfə isə onun ən çox sevdiyi qadınlardan biri haqqında maraqlı faktları diqqətinizə çatdırırıq.

MÜRƏBBİYYƏDƏN KRALİÇAYA QƏDƏR: XIV Lüdovikin məşuqəsinin, yaxud gizli arvadının həyatı

Fransuaza D'Obinyo - bu adla yazıçı, tarixçi qeydlərində və rəvayətlərdə tez-tez rastlaşırıq. Və bu təəccüblü olmamalıdır. Çünki bu qadın çox sınaqlardan keçmiş və Fransada adi tərbiyyəçidən "qara kraliça"lığa yüksəlmişdi. "Qara kraliça" adını ona XIV Lüdoviklı gizli nikahına görə vermişdilər.
Fransuaza müdhiş uğura imza atdı: o, "günəş-kral"ın favorit məşuqəsi olmağı 40 yaşında bacardı və kralın ən səmimi dostu, məsləhətçisi oldu. Saray həyatını yaxşıya doğru xeyli dəyişə bildi: Versal ballarının və bayramlarının ləğvinə nail oldu. Bu təvazökar "rahibəyə" saray əhli nifrət edirdi, lakin əsas o idi ki, Lui onu çox bəyənirdi.

Fransuazanın taleyi uşaqlıqdan çətin başlamışdı. O, həbsxanada doğulmuşdu. Valideynləri kardinal Rişelyenin sərəncamı ilə həbsə atılmışdılar. Azadlığa çıxandan sonra da gəncliyi əziyyətli keçmişdi. Qohumlar qızın tərbiyəsi ilə məşğul olmaq istəmirdilər və onu rahibələrə həvalə etmək arzusunda idilər. 12 yaşı tamam olanda qoçaq qızcığaz Mavrikiy şəhərinə - artıq azadlıqda olan atasının yanına yollanır, lakin yolda ağır xəstələnir, titrəyir və komaya düşür. Letargiya yuxusuna düşən qız, yalnız öz dəfninə bir neçə saat qalmış oyanır!

Bu hadisənin üstündən 2 il keçəndən sonra anası ölür. Fransuazanın himayəçısı qızı təcili ərə vermək qərarına gəlir - heç 16 yaşı tamam olmamış, saray şairi Pol Skarrona zorla ərə verilir. Zahirən Pol şən və gümrah biri idi, onun evində Parisin ali cəmiyyət üzvləri yığışırdı. Məzəli şeirlər yazırdı. Zamanın sevilən şairi kimi saray rəhbərliyinin rəğbətini qazanmışdı. Ancaq Skarron ciddi xəstəlikdən əziyyət çəkirdi - revmatoid artriti ona dinclik vermirdi. Bu səbəbdən gənc arvad əsl baxıcıya çevrildi: şairə qulluq edir, onun şeirlərini yazırdı. Bir neçə il sonra isə Pol Skarron dünyadan köçdü. Fransuazaya yoxsulluq pensiyası təyin etmədilər və onu, ağır günlər gözləyirdi. Amma bu, uzun sürmədi, kral XIV Lüdovikin favorit məşuqəsi madam de Montespanla tanış olduqdan sonra həyatı tamam dəyişdi.

Madam Montespanın sayəsində Fransuaza saray həyatına daxil oldu. Əvvəlcə o, kralın 1 oğluna qulluq edirdi, zaman keçdikcə uşaqların sayı 6 oldu. Madam Montespanın parıltısı əbədi deyildi və o, yaşa dolduqca kral daha gənc, yeni məşuqələr haqda düşünürdü. Tezliklə madam Montespan kralı zəhərləməkdə ittiham edilərək Parisdən çıxarılır.

Lüdovikin yataq otağında yeni-yeni gənc xanımlar peyda olurdu, amma uşaqlarının tərbiyəçisi ona dinclik vermirdi. Təvazökar və sözəbaxan xanım əmin idi ki, Lüdovik uşaqların taleyi ilə maraqlanacaq, bu baxımdan hər səhər uşaqların gündəlik həyatı haqqında krala məktublar yazırdı. Fransuazayla ünsiyyət Luinin ona olan marağını bir qədər də artırır, çünki bu qadınla rahatca musiqi, dünyəvi söhbətlər, ədəbiyyat, rəsmlər haqqında danışmaq mümkün idi. İntellektual qadının daima rahibə libasında olması, ehtiraslı məşuq olan kralda bir çox fantaziyalar doğururdu.

2 il Fransuaza əlçatmaz olaraq qalır, lakin sonra təslim olur... Onun təsiri altında Lüdovikin özü və hakimiyyəti xeyli dəyişildi: Versalda sakitlik, əmin-amanlıq hökm sürməyə başladı və demək olar ki, ev atmosferi quruldu. Kral hətta öz qanuni arvadı Mariya Tereziyanı da xatırladı. Fransuaza "markiza Mentenon" saray adını qazandı. Bu qadın o qədər müdrik və düşüncəli idi ki, kral bütün əhəmiyyətli danışıqlarda onun olmasını tələb edirdi, onunla dövlət məsələlərini müzakirə edir, tez-tez məsləhətləşirdi.

Lui və Fransuazanın gizli nikahı Mariya Tereziyanın ölümündən sonra gerçəkləşdi. Kralın ehtirasını Fransuaza tam olaraq təmin edə bilmədi, əgər tarixçilərə inansaq, cinsi münasibətlərdə o, məşuqələrini tez-tez dəyişməyə davam edirdi, amma mənəvi yaxınlığı yalnız öz seçilmişi ilə bölə bilirdi. Fransuazanın təşəbbüsü ilə Sen-Sir şəhərində qızlar üçün pansionat yaradıldı və "qara kraliça" Luinin ölümündən sonra Versalda qalmadı. Sen-Sirə yola düşdü və öz həyatının son illərini yenə də tərbiyəçı kimi uşaqlara həsr etdi.

P.S. Hökmdar XIV Lüdovikin adı Fransada monarxiya hakimiyyətinin "qızıl əsri" ilə bağlıdır. Günəş-kral ləqəbli monarxın məclisləri, balları və gəzintiləri məşhur idi. XIV Lüdovik haqqında çox yazılıb, eyni zamanda onun yemək "dərdi", başqa sözlə, acgözlüyü haqqında da bir sıra tarixi qeydlər var. Bu baradə aşağıdakı keçiddən oxuya bilərsiniz.
Eyni zamanda, şəhvətpərəstliyi ilə məşhur olan günəş-kral XIV Lüdovikin macəralarına əfsanələr qoşulurdu. Onun məşuqələri arasında Fransanın ən gözəl və zadəgan qadınları var idi və onların əksəriyyəti rəqiblərini aradan qaldırmaq üçün əllərindən gələni edirdilər. Madam de Montespanın adı tarixə təkcə kral üçün yeddi övlad dünyaya gətirmiş bir sevgili kimi deyil, həm də məqsədlərinə çatmaq üçün ən çirkin üsullardan belə iyrənməyən qəddar bir cinayətkar qadın kimi yazıldı. (publika.az)

Milli.Az










loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR