Şəmkir sakini su quyusuna yıxılaraq ölüb
Ölkə
16 Sentyabr 2017 1:16

Şəmkir sakini su quyusuna yıxılaraq ölüb


Bakı. 16 sentyabr. REPORT.AZ/ Şəmkir sakini su quyusuna yıxılaraq ölüb.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunda 1 nəfər su quyusuna yıxılaraq köməksiz vəziyyətdə qalıb. 
Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq dərinliyi 10 metr olan quyudan 1983-cü il təvəllüdlü Allahverdiyev Vasif Şahin oğlunun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:13-də başa çatıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR