Şəmkirdə kişi su quyusuna düşərək ölüb
Ölkə
16 Sentyabr 2017 3:27

Şəmkirdə kişi su quyusuna düşərək ölüb


Bakı. Trend:

Şəmkirdə kişi su quyusuna düşərək ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunda 1 nəfər su quyusuna yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq dərinliyi 10 metr olan quyudan 1983-cü il təvəllüdlü Allahverdiyev Vasif Şahin oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:13-də başa çatıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR