Çexiyanın XİN rəhbəri yol qəzasına düşərək yaralandı
Digər
16 Sentyabr 2017 3:27

Çexiyanın XİN rəhbəri yol qəzasına düşərək yaralandı


Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek avtomobil qəzasına düşüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə  görə, bu barədə Çexiya XİN rəsmisi İrena Valentova bildirib.

 

Məlumata görə, insident ölkənin cənub-şərq bölgəsində qeydə alınıb. Zəncirvari qəza nəticəsində baş nahiyəsindən xəsarət alan nazir helikopterlə Brno şəhər xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra L.Zaoralek ambulator müalicə üçün evə buraxılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

 

Qəza nəticəsində ümumilikdə 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir. 

 

Qeyd edək ki, Çexiya Sosial Demokrat partiyasının liderlərindən biri olan 61 yaşlı L.Zaoralek oktyabrın 20-21-də ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində seçkiqabağı təşviqat kampaniyasında iştirak edir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08