Uşaq düşərgəsində yanğın - yaralılar var
Digər
16 Sentyabr 2017 4:05

Uşaq düşərgəsində yanğın - yaralılar var


Ukraynanın Odessa şəhərində “Viktoriya” uşaq istirahət düşərgəsində güclü yanğın baş verib.

 

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 23:30-da, uşaqlar yatan zaman baş verib.

 

Hazırda yanğının lokallaşdırıldığı bildirilir. Yanğın baş verən anda düşərgədə 150 uşaq olub, onların dərhal təxliyə olunduğu bildirilir.

 

Özlərini pəncərədən yerə atan 3 uşaq xəstəxanaya çatdırılıb. Onlardan biri yıxılarkən xəsarət alıb, ikisi tüstüdən zəhərlənib. Yanğının səbəbləri barədə hələ ki, məlumat verilmir. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR