Dövlət xidmətləri kriptovalyuta ilə ödənir
Maraqlı
16 Sentyabr 2017 7:14

Dövlət xidmətləri kriptovalyuta ilə ödənir


1 iyun 2017-ci il tarixindən etibarən İsveçrənin Çuqa şəhərində keçirilən sınaq çərçivəsində yerli sakinlər dövlət xidmətlərini kriptovalyutanın köməyi ilə ödəmək imkanına yiyələniblər. Yeniliyin yoxlanması mərhələsində birdəfəlik ödənişlər üçün 200 frank məbləğində məhdudiyyət təyin edilib. 2 ay ərzində Çuqa şəhərinin sakinləri şəhərin büdcəsinə təxminən 40 bitkoin əlavə ediblər ki, bu da yerli hakimiyyət orqanlarını yaxşı mənada təəccübləndirib, buna görə sınaq davam edir. Kyasso şəhəri də yeniliyi sınaqdan keçirir, amma orada ödənişin maksimal məbləği 250 İsveçrə frankı təşkil edir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şəhər meri Bruno Arriqoninin sözlərinə görə, Kyasso şəhəri gələcəkdə blokçeyn texnologiyalarının mərkəzinə çevrilə bilər, buna görə belə imkandan imtina etmək ağılsızlıqdır. Şəhər meri ümid edir ki, belə yeniliklər və innovasiyaların tətbiqinə imkan yaradılması şəhərə yeni şirkətlər cəlb etməyə imkan verəcək və onu biznes üçün əlverişli edəcək.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR