Dünyanın ən yaşlı pişiyi öldü
Digər
16 Sentyabr 2017 7:27

Dünyanın ən yaşlı pişiyi öldü


Britaniyanın Nyukasl-apon-Tayn şəhərində 32 yaşlı pişik ölüb.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, Natmeq ləqəbli pişik dünyanın ən yaşlı pişiyi sayılır. Pişiyin sahibləri fikir veriblər ki, o, çox çətinliklə nəfəs alır. Natmeqi veterinar klinikasına aparsalar da, həkimlər ona yardım göstərə bilməyiblər. Ölümün səbəbi ürək çatışmazlığı olub. 1990-cı ildə Liz və İen Finley öz həyətlərinin bağçasında sahibsiz bir pişik aşkarlayıblar. Mütəxəssislərin ilkin rəyinə görə, heyvanın cəmi 5 yaşı olub. Onlar həmin gündən etibarən pişiklə yaşayıblar.

 

 2016-cı ilin may ayında Amerikanın Teksas ştatında 30 yaşlı Skuter ləqəbli siam pişiyi dünyasını dəyişib. Həmin vaxt o, dünyanın ən yaşlı pişiyi sayılırdı. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR