Hakerlər yeni vasitə tapıblar
Maraqlı
16 Sentyabr 2017 7:44

Hakerlər yeni vasitə tapıblar


"Doktor Veb" şirkətinin araşdırmasına görə, kibercinayətkarlar spam göndərmək üçün "Əşyalar interneti"ndən istifadə edirlər.

"Linux.ProxyM" adlı zərərverici proqram yoluxmuş qurğuya hər gün təxminən 400 spam göndərir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, idarəedici serverdən yoluxmuş qurğuya SMTP serverin ünvanı, loqin və parol, elektron poçt ünvanlarının siyahısı və mesaj şablonundan ibarət komanda göndərilir. Göndərilmiş arzuolunmaz məktublarda "böyüklər" üçün müxtəlif saytlar reklam olunur.

"Linux.ProxyM" zərərverici proqramının köməyi ilə hücumlar daha çox Braziliya və ABŞ-da qeydə alınır. İlk üçlükdə Rusiya da yer alıb.

Ekspertlər hesab edirlər ki, "Linux" troyanlar tərəfindən reallaşdırılan funksiyaların müxtəlifliyi gələcəkdə daha da genişlənəcək. "Əşyalar interneti" uzun müddətdir virus yazanların maraq dairəsindədir. "Linux" üçün zərərverici proqramların geniş yayılması buna sübutdur.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08