Berlində atışma: 1 ölü, 3 yaralı
Dünya
16 Sentyabr 2017 7:54

Berlində atışma: 1 ölü, 3 yaralı


Almaniyanın paytaxtı Berlində atışma olub.

Milli.Az "Report"a istinadən bildirir ki,bu barədə "TASS" agentliyi xəbər verib.
Berlin polisinin "Twitter"-də yaydığı xəbərdə bildirilir ki, hadisə Berlinin Hoenşyonhauzen rayonunda, gecə klubu yaxınlığında qeydə alınıb. İnsident zamanı azı bir nəfər öldürülüb, daha üç nəfər xəsarət alıb.
"Gecə Hoenşyonhauzendə, gecə klubunun yaxınlığında baş vermiş atışmada 3 nəfər xəsarət alıb, 1 nəfər öldürülüb", - deyə polisin xəbərində bildirilir.
Hadisə barədə əlavə məlumat verilmir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR