ABŞ-da polislə etirazçılar arasında toqquşma: 13 nəfər tutuldu
Dünya
16 Sentyabr 2017 8:04

ABŞ-da polislə etirazçılar arasında toqquşma: 13 nəfər tutuldu


ABŞ-ın Sent-Luis şəhərində (Missuri ştatı) polislə etirazçılar arasında toqquşma baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qarşıdurma zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb, 13 etirazçı saxlanılıb.
 
Etiraza səbəb məhkəmə tərəfindən 2011-ci ildə qaradərili gənci güllələyən polis əməkdaşı barəsində bəraət hökmünün çıxarılması olub. Məhkəmə qərarını açıqladıqdan dərhal sonra Sent-Luis şəhərində yüzlərlə insan küçələrə axışıb.
 
Qeyd edək ki, altı il əvvəl Sent-Luisdə sabiq polis zabiti Ceyson Stokli 24 yaşlı qaradərili Entoni Lamar Smiti güllələyərək öldürüb.
 
Xatırladaq ki, 2014-cü ildə Missuri ştatının Ferqyson şəhərində qaradərili gənc Maykl Braun polis tərəfindən açılan atəşlə qətlə yetirilmiş, bundan sonra şəhəri etiraz aksiyaları bürümüş, polislə etirazçılar arasında çoxsaylı toqquşmalar baş vermişdi.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08