Bakıda qadını avtomobil vurub
Ölkə
16 Sentyabr 2017 8:11

Bakıda qadını avtomobil vurub


Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakıda qadını avtomobil vurub.
"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib.
Belə ki, Ziya Bünyadov prospektində yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Sadıqova Lamiyə İdeal qızını minik avtomobili vurub. Nəticədə qadın ağır xəsarət alıb. O, hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. 
Həkimlər L.Sadıqovanın vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR