Azərbaycanda 9 milyard manatdan çox vəsaitin yönəldiyi SAHƏLƏR
Ölkə
16 Sentyabr 2017 8:22

Azərbaycanda 9 milyard manatdan çox vəsaitin yönəldiyi SAHƏLƏR


Bakı. Elçin Mehdiyev - Trend:

2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard 868,5 milyon manat vəsait yönəldilib.

Trend-in məlumatına görə, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə əsas kapitala yönəldilən vəsait 0,1 faiz çoxdur.

Vəsaitin 5 milyard 969,9 milyon manatı neft sektoruna, 3 milyard 898,6 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

İstifadə olunmuş vəsaitin 78,7 faizi məhsul istehsalı obyektlərinin, 16 faizi xidmət sahələri üzrə obyektlərin, 5,3 faizi isə ümumi sahəsi 1117,2 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39,0 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 69,8 faiz, bank kreditləri 11,8 faiz, büdcə vəsaitləri 11,8 faiz, əhalinin şəxsi vəsaitləri 4,5 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, digər vəsaitlər isə 0,7 faiz təşkil edib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR