Xaçmazda 8 otaqlı ev yanıb
Ölkə
16 Sentyabr 2017 8:44

Xaçmazda 8 otaqlı ev yanıb


Xaçmazda yanğın qeydə alınıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Nərəcan kəndində ümumi sahəsi 170 m2 olan ikimərtəbəli 8 otaq və 1 aynabənddən ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksıyaları 77 m2 sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 01:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR