Namus üstündə GÖRÜNMƏMİŞ CƏZA: Qızla oğlanı elektrik stuluna bağladılar
Dünya
16 Sentyabr 2017 8:48

Namus üstündə GÖRÜNMƏMİŞ CƏZA: Qızla oğlanı elektrik stuluna bağladılar


Pakistanın Kəraçi şəhərində aşiq yeniyetmələrin qohumları cütüyü elektrik stulunda edam edib.

Publika.az xəbər verir ki, bu haqda “Evening Standard” yerli polisə istinadən bildirib.

Tibbi ekspertiza zamanı 15 yaşlı qızın və 17 yaşlı oğlanın bədənində elektrik və başqa işgəncə izləri müəyyən edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ailələrinin icazəsi olmadığı halda gənclərin bir-birinə qoşulub qaçmaq istəməsi üzündən cəzalandırıldıqlarını açıqlayıb.

Belə hallar Pakistanda tez-tez baş verir. Ailələr erkən yaşda eşqə düşən gənclərin namusa ləkə gətirdiyini düşünərək şərəflərini “ölümlə təmizləyirlər”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR