Vasif Talıbovun oğlunun toyundan görüntülər -
 FOTO/VİDEO
Digər
16 Sentyabr 2017 9:48

Vasif Talıbovun oğlunun toyundan görüntülər - FOTO/VİDEO


Ötən gün “Buta Palace”da Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi keçirilib.

Seymur Talıbov bir müddət əvvəl Naxçıvan daxili İşlər naziri vəzifəsinə təyin etdilən Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurub.

Toyda şou-biznesin məşhur nümayəndələri iştirak ediblər. Xalq artisti Brilyant Dadaşova, Aşıq Samirə, Aşıq Əli, Zamiq, aparıcı Nəsib Nur kimi məşhurlar mərasimə qatılıblar.

Seymur Talıbov "İnstagram" hesabında xanımı ilə özünün əlinin yer aldığı şəkli paylaşıb. Bəyin köynəyində yazılan S. T (Seymur Talıbov) hərifləri diqqətdən yayınmayıb.

Bəyin böyük qardaşı Rza Talıbov da toy karvanını əks etdirən videogörüntünü sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, cütlük 2015-ci ildə nişanlanıb.

Seymur Talıbov MR Ali Məclisinin üzvü, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışır. (azvision.az)










loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR