Güclü külək 14 min adamı işıqsız qoydu - Rusiyada
Dünya
16 Sentyabr 2017 10:34

Güclü külək 14 min adamı işıqsız qoydu - Rusiyada


Rusiyada təxminən 14 min nəfər işıqsız qalıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, fövqəladə xidmətin yaydığı xəbərə görə, əlverişsiz hava şəraiti səbəbindən elektrik verilişində problemlər yaranıb.

Məlumata görə, bu problem Rusiyanın 12 rayonunu əhatə edib.

Qeyd edək ki, ötən gündən Rusiya ərazisində güclü külək yağışla müşayiət olunur. Hətta Moskva ətrafında güclü tufan nəticəsində 1-i uşaq olmaqla xəsarət alanların olması barədə məlumat verilmişdi.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR