Kim Çen Indan təhlükəli hərəkət
Dünya
16 Sentyabr 2017 10:52

Kim Çen Indan təhlükəli hərəkət


Şimali Koreya lideri Kim Çen In ötən gün keçirilən raket sınağını izləyib.

Metbuat.az-ın xəbərinə görə, fotolarda Şimali Koreya liderinin çox sevindiyi açıq görünür. Raketin atışını kompüter vasitəsilə izləyən Kim, sevincini yanındakı generallarla paylaşıb.

Qeyd edək ki, ötən gün 700 km yüksəklikdən 3700 km məsafə qət edən raket Yaponiyanın Hokkaydo adası üzərindən keçərək Sakit okeana düşüb. Yaponiyada təşvişə düşən əhali sığınacaqlara qaçıb.

Dünyanın bir çox ölkələrindən, xüsusilə ABŞ-dan sərt reaksiya görən Şimali Koreya bugünkü açıqlamasında raket sınaqlarını davam etdirəcəyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) tətbiq etdiyi sanksiyalara baxmayaraq, Şimali Koreya lideri, nüvə proqramını tamamlayacağını açıqlayıb.

Günay Elşadqızı \ METBUAT.AZ

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR