Sevdiyinə qoşulub qaçan bacısını öldürdü: bu azmış kimi... - TÜKÜRPƏDƏN TƏFƏRRÜAT - VİDEO
Dünya
16 Sentyabr 2017 11:04

Sevdiyinə qoşulub qaçan bacısını öldürdü: bu azmış kimi... - TÜKÜRPƏDƏN TƏFƏRRÜAT - VİDEO


İstanbul Arnavutköy ərazisində ailəsinin zorla ərə vermək istədiyi üçün sevdiyi oğlana qoşulub qaçan 18 yaşlı Sinem Çelik qardaşı və xalası əri tərəfindən öldürülüb. Hələ bu azmış kimi qatillər qızın sevgilisini təhdid edərək 250 min TL qan pulu da alıblar.

TƏFƏRRÜAT

18 yaşlı Sinem Çelik ailəsinin ərə vermək istədiyi göbəkkəsdisi ilə ailə həyatı qurmamaq üçün Erzurumdan İstanbula sevdiyi Ahmet B.-nin yanına qaçıb.

Ailə Sinemi öldürmək haqda qərar qəbul edib. Qızın qardaşı və xalasının yoldaşı Sinemin olduğu yeri təyin edib, öldürərək qaçıblar. Şübhəlilər Balıkesirdə ələ keçiblər.

Milli.Az Habertürk-ə istinadən xəbər verir ki, bir müddət sonra Çelikin ailəsi Ahmet B.-nin ailəsini təhdid edərək qan pulu istəyiblər: "Sizə görə qətl törətdik. 800 min TL verin, sizi də öldürməyək".

Bundan sonra Ahmet B.-nin qardaşı Dursun B. Qaziosmanpaşa Prokurorluğuna gedərək təhdid edildikləri barədə məlumat verib. Evini satan qardaş qohumlarını qapı-qapı gəzərək pul toplayıb. Qan pulu istəyən ailəni yola gətirən Dursun B. toplaya bildiyi 250 min lirəni qızın ailəsinə verib. Ancaq Dursun B. şikayətini geri götürməyib.

O gündən sonra qorxu içində yaşadıqlarını deyən Dursun B. bunları deyib: "Ailəm buna görə rahatlıq üzünə həsrət qalıb. Arxam yoxdur deyə üstümə gəldilər. Təhdid etdilər, pul aldılar. Həm ailəmi, həm Ahmeti məhv etdilər. Sinemin də canına qıydılar. İndi yaxınlarım da mənimlə danışmır. Amma nə olursa olsun şikayətimdən əsla imtina etməyəcəm".

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sevdiyinə qoşulub qaçan bacısını öldürdü

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR