Piter Teys: "Neft hasilatının pay bölgüsü haqqında yeni saziş hər bir Azərbaycan vətəndaşının həyatına müsbət təsir edəcək"
İqtisadiyyat
16 Sentyabr 2017 11:11

Piter Teys: "Neft hasilatının pay bölgüsü haqqında yeni saziş hər bir Azərbaycan vətəndaşının həyatına müsbət təsir edəcək"


Bakı. 16 sentyabr. REPORT.AZ/ "Azərbaycanın ümumilli lideri Heydər Əliyevin imzaladığı "Əsrin müqaviləsi"nin davamı olaraq, sentyabrın 14-də Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması Azərbaycnan iqtisadiyyatını gücləndirəcək, dayanıqlı iqtisadi inkişafını təmin edəcək, sosial xidmətləri təkmilləşdirməyə imkan yaradacaq".
Bunu "Report"a açıqlamasında ABŞ-ın siyasi politoloqu Piter Teys (Peter Tase) Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, son on il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında və gəlirlərin düzgün idarə edilməsi sayəsində ölkədə əhalinin sosial rifahı və yaşayış standartları yaxşılaşıb: "Bu siyasət neft istehsal edən digər ölkələr üçün model ola bilər".
P.Teys əlavə edib ki, yeni sazişin imzalanması Azərbaycanın iqtisadi diplomatiyasının son bir neçə ildə əldə etdiyi ən böyük nəticələrdən biridir: "Şübhəsiz ki, neft hasilatının pay bölgüsü haqqında yeni saziş hər bir Azərbaycan vətəndaşının həyatına müsbət təsir edəcək".

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR