Azərbaycanda külək və günəş elektrik stansiyalarında istehsal azalıb
İqtisadiyyat
16 Sentyabr 2017 11:11

Azərbaycanda külək və günəş elektrik stansiyalarında istehsal azalıb


Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar 28,9 mln. kVt/saat elektrik enerjisi istehsal edib. 
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 34,2% azdır.
Son 1 ildə külək elektrik stansiyalarında istehsal isə 19,1% azalaraq 8,9 mln. kVt/saata enib.
Əvəzində istilik elektrik stansiyalarında istehsalın həcmi 2,4% artaraq 13 231,4 mln. kVt/saata yüksəlib, su elektrik stansiyalarında isə 7,1% artaraq 1 333,5 mln. kVt/saat təşkil edib. 
Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində ölkədə cəmi elektrik enerjisi istehsalı 15,243 mlrd. kVt/saat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur. Bunun da 14 602,7 mln. kVt/saatı əmtəəlik olub və bu, 1 il əvvələ nisbətən 1,3% çoxdur. 
8 ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 138,1 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, bu sahədə əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 0,1%-lik artım müşahidə olunub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR