Lütfi Zadənin adı gülə verildi
Ölkə
16 Sentyabr 2017 11:14

Lütfi Zadənin adı gülə verildi


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının çiçəkçilik laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərovun yetişdirdiyi yeni qızılgül sortu qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, AMEA-nın fəxri üzvü, Kaliforniya Universitetinin professoru olmuş dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin adını daşıyır.

Milli.Az xəbər verir ki, AMEA-dan Azərtac-a bildirilib ki, "Professor Lütfi Zadə" qızılgül sortu çay-hibrid qrupuna aiddir və Mərkəzi Nəbatat Bağında 2010-cu ildə seleksiya və hibridləşdirmə üsulu ilə alınıb. Müxtəlif bağ qruplarına mənsub olan bu bitki (Swan Lake LCI x Enric Palou HT) rənginə və digər xarakterik biomorfoloji xüsusiyyətlərinə görə digər güllərdən fərqlənir.

Yeni sortun hazırda kəsiş gülü kimi istixanada becərilməsi sınaqdan keçirilir. Bitki göz calağı, yaşıl və yarı odunlaşmış çiliklə çoxaldılır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08