Kim Çen Indan BMT-yə XƏBƏRDARLIQ: "DAVAM EDƏCƏYİK"
Dünya
16 Sentyabr 2017 11:18

Kim Çen Indan BMT-yə XƏBƏRDARLIQ: "DAVAM EDƏCƏYİK"


Şimali Koreya lideri Kim Çen Inın Birləşmiş Millətlər Təşkilatının sanksiya qərarına qarşı çıxıb.

Publika.az xəbər verir ki, o, nüvə proqramını tamamlayacağını deyib.

Şimali Koreyanın nüvə sınağı nəticəsində təcili şəkildə toplanan BMT Təhlükəsizlik Şurası sanksiyaların davam etdirilməsinə qərar verib.

Digər tərəfdən, Şimali Koreya, BMT Təhlükəsizlik Şurasının son iqtisadi sanksiyalarına sərt reaksiya verərək, Yaponiyanı "batırmaq" və ABŞ-I “külə çevirmək" lə təhdid edərək yeni bir nüvə sınağını həyata keçirmişdi.

Silahsızlanma Konfransında ABŞ səfiri Robert Vud Şimali Koreyaya qarşı müharibə və ya silahlı hücumla bağlı suala cavab verərkən "bütün variantlar masada, ancaq indi biz diplomatik yola davam edirik” demişdi.

Gülxar

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR