Xızıda 366 partlamamış mərmi tapıldı - PARTLAYIŞDAN SONRA
Digər
16 Sentyabr 2017 11:42

Xızıda 366 partlamamış mərmi tapıldı - PARTLAYIŞDAN SONRA


ANAMA Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyi ilə birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayıb. Lent.az ANAMA-ya istinadən xəbər verir ki, sentyabrın 15-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 4 əkin sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 366 ədəd partlamamış hərbi sursat (PHS), 149 ədəd partlamış-yanmış mərmi qalıqları və 1460 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 189,000 kv.m (18.90 ha) ərazi yoxlanılıb.

 

Ümumiyyətlə 20 gün ərzində 12 ev, 44 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 28 əkin sahəsinə, 9 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilmiş, 5 731 ədəd partlamamış hərbi sursat (PHS), 3 338 ədəd partlamış-yanmış sursat qalıqları və 6 868 kq yandırma aşkar edilərək götürülüb. Nəticə etibarilə 35 946 738 kv.m (3 594.67 ha) ərazi yoxlanılıb.

 

 

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR