İstirahət gününün HAVA PROQNOZU
Ölkə
16 Sentyabr 2017 11:53

İstirahət gününün HAVA PROQNOZU


Bakıda və Abşeron yarımadasında sentyabrın 17-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 30-35, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 764 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-50 faiz təşkil edəcək.

Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR