"Beauty of the World Azerbaijan" müsabiqəsinin seçim turu keçirildi - FOTO
Maraqlı
16 Sentyabr 2017 11:54

"Beauty of the World Azerbaijan" müsabiqəsinin seçim turu keçirildi - FOTO


Dünya Gözəllik Konqressinin təşkilatçılığı ilə "Beauty of the World Azerbaijan" gözəllik müsabiqəsinin seçim turu keçirilib. Kastinqə ümumilikdə 200-ə yaxın 18-26 yaş arası xanımlar qatılıblar. Yekun olaraq münsiflərin qərarıi ilə 20 qız müsabiqəyə qatılmaq şansı əldə ediblər.

Qeyd edək ki, müsabiqə 3 ay müddətində davam edəcək və qalib ölkəmizi "Beauty of the World" müabiqəsində təmsil edəcək. Kastinq zamanı münsiflər heyətindəe WBC-nin prezidenti Zamir Hüseynov, dünyanın 10 xoreoqrafı siyahısında yer alan Yuliana Hüseynova, xalq artistləri Faiq Ağayev, Məleykə Əsədova və "Dress of the World" qalibi modelyer Aygün Talıbova yer alıblar. Layihə rəhbəri Nərmin Səfərova qeyd edib ki, bu müsabiqə digərlərindən çox fərqlənəcək və beynəlxalq standartlara uyğun şəkildə keçirləcək. Həmçinin bu müsabiqədə ilk dəfə olaraq qızlar ölkəmizin bölgələrini təmsil edəcəklər.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində












loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR