Bakıda keçmiş nazir qəza törətdi: piyada öldü
Ölkə
16 Sentyabr 2017 12:14

Bakıda keçmiş nazir qəza törətdi: piyada öldü


Bakı şəhəri, Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, piyada Uğur Vəliyev naməlum avtomobilin sürücüsü tərəfindən vurulub və o, hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində piyadanın əvvəlcə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi "Mercedes" markalı avtomobilin yan güzgüsü ilə vurulduğu, daha sonra piyadanın üstündən Rasim Əskərovun idarə etdiyi "Ford" markalı yük maşınının keçdiyi məlum olub.

Polis faktla bağlı araşdırma aparır.

Məsələ ilə bağlı T.Zülfüqarovdan münasibət öyrənmək mümkün olmayıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR