Hər kəsin sevimlisi yarpaq dolması
Digər
16 Sentyabr 2017 13:22

Hər kəsin sevimlisi yarpaq dolması


Yarpaq dolması Azərbaycan mətbəxinin əsas yeməklərindən biridir. Bu dolmanın tərkibi digər dolmalardan biraz fərqlidir.

Metbuat.az yarpaq dolmasının hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

Qoyun əti (mal əti)

Düyü

Baş soğan

Göyərti (keşniş, şüyüd və nanə)

Ərimiş yağ

Duz, istiot

Üzüm yarpağı

Hazırlanması:

Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, göyərti (keşniş, şüyüd və nanə), duz, istiot vurulur. Duza qoyulmuş üzüm yarpağından istifadə edirsinizsə, bükməzdən əvvəl suya tutun ki, duzu getsin. Təzə yarpaqdan dolma bükəndə mütləq ətə duz vurun. Daha sonra hazırladığınız qiymədən yarpağın ortasına qoyub bükün və qazana yığın. Üzərinə su töküb bişirin. Süfrəyə qatıqla, limonla servis edə bilərsiniz.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR